Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının qurultayı (1919)
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının birgə keçirdiyi qurultay.
== Qurultayın təşkili ==
1919-cu il, aprelin 7–15-də Bakıda keçirilmişdir. Qurultay bolşeviklərin təsiri altında olan Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə çağırılmışdır. Qurultayda Bakı, Gəncə, Tiflis, Port-Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 30 həmkarlar ittifaqından 146 nümayəndə iştirak edirdi.
== Qurultayın gedişi ==
Qurultayda İ. Anaşkin həmkərlar ittifaqlarının vəzifələri haqqında məruzə etdi. Bütün məsələlər üzrə bolşeviklərin təklif etdiyi qətnamələr qəbul edildi. Qurultayın bolşevik fraksiyası bitərəf nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında kommunist partiyası proqramının qəbul edilməsinə nail oldu. Azərbaycan sol eserlərindən bəziləri də qurultayda bolşeviklərə tərəfdar çıxdılar. Qurultay fəhlələri sovet hakimiyyəti uğrunda mübarizə yolunu tutmağa çağıran qətnamə qəbul etdi. Qurultayda seçilən Qafqaz ölkə həmkarlar ittifaqları mərkəzinin heyətinə bolşeviklərdən B. Ağayev, İ. Anaşkin, F. Qurbanov,Ə. Qarayev və b.